Tribuna İnformasiya Agentliyi

“Manqhut” Filippin sahillərinə çatıb

15 Sentyabr

“Manqhut” fırtınası Filippinin şimal-şərq sahillərinə çatıb.

TİA.AZ   “Report”a istinadən bildirir ki, yerli sakinlər evlərin tavanını dağıdan güclü küləyin olduğunu və subasma yaradan bol yağışların yağdığını bildirirlər.

 Filippin Atmosfer, Geofizika və Astronomiya Xidmətləri Departamenti öz “Twitter” səhifəsində qeyd edib ki, fırtına Kaqayan əyalətinin Baqqao bələdiyyəsinə üz verib.