Tribuna İnformasiya Agentliyi

“Mançester Yunayted” səfərdə “Brayton”a məğlub olub – VİDEO

05 May

İngiltərənin “Mançester Yunayted” klubu Premyer Liqanın 37-ci turunda səfərdə “Brayton end Houv Albion”a məğlub olub.

“Report” xəbər verir ki, “Brayton”un heyətində 57-ci dəqiqədə Paskal Qross fərqlənib.

Bu oyundan sonra “Mançester Yunayted” 77 xal ilə turnir cədvəlində ikinci yeri tutur. “Brayton” 40 xalla 11-ci pilləyə yüksəlib.

Növbəti turda “MY” öz meydanında “Vest Hem”i qəbul edəcək, “Brayton” səfərdə “Mançester Siti” ilə qarşılaşacaq.