Tribuna İnformasiya Agentliyi

“Mançester Siti” ölkə çempionatında ardıcıl ikinci dəfə məğlub olub

27 Dekabr

“Lester Siti” futbol üzrə İngiltərə Premyer Liqasının 19-cu turunda “Mançester Siti”ni qəbul edib.

“Report” xəbər verir ki, Lester şəhərinin “Kinq Pauer – Uolkers” stadionunda keçirilən görüş 2:1 hesabı ilə ev sahiblərinin xeyrinə başa çatıb.

“Lester” bu qələbə sayəsində xallarının sayını 28-ə çatdırıb və turnir cədvəlində 7-ci pilləyə yüksəlib. “Mançester Siti” 44 xal ilə üçüncü yerdə qərarlaşıb. Çempionata 51 xalla “Liverpul” liderlik edir.

İngiltərə Premyer Liqası. 19-cu tur

“Lester Siti” – “Mançester Siti” – 2:1

Qollar: 0:1 – Silva – 14, 1:1 – Olbrayton – 19, 2:1 – Rikardu – 81

Qırmızı vərəqə: Fabian Delf, 89 (“Mançester Siti”)