Manat-manat yığdığı pulu Orduya bağışlayan Hikmət baba danışdıbackend

Manat-manat yığdığı pulu Orduya bağışlayan Hikmət baba danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yavan çörək də yeyib yaşamaq olar, cırıq ayaqqabı da geymək olar. Təki torpaqlarımız alınsın”.

Bunu açıqlamasında bir aylıq pensiyasını orduya köçürən Şəki sakini 70 yaşlı Hikmət Musayev deyib. Hikmət baba orduya bağışladığı pulu manat-manat yığdığını vurğulayıb:

“Hər pensiya alanda kənara 2-3 manat atırdım. Televizorda cəbhə ilə bağlı görüntüləri, əsgərləri gördüm. Dayana bilmədim, dedim, yaşım o yaş deyil ki, cəbhəyə gedəm. Düşündüm ki, cəbhəyə yardım edim. Yığdığım pulu götürüb apardım, cəbhədəki əsgərlərə yardım etdim. Dünəndən telefon dayanmır, zəng-zəngə calanır”.

Hikmət baba bildirib ki, insan yavan çörək yeməklə ölməz:

“Yavan çörək də yeyib yaşamaq olar, cırıq ayaqqabı da geymək olar. Bu, ayıb deyil. Təki can sağlığı olsun, torpaqlarımız alınsın”.