Manat bahalaşır, qeyri-neft məhsullarının rəqabət qabiliyyəti zəifləyir (ŞƏRH)backend

Manat bahalaşır, qeyri-neft məhsullarının rəqabət qabiliyyəti zəifləyir (ŞƏRH)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Azərbaycan milli valyutası son 6 ildə (2015-ci ilin devalvasiyasından sonra) əsas ticarət partnyorlarının valyutasına münasibətdə ən yüksək həddə bahalaşıb. Bu ilin noyabrında manatın qeyri-neft nominal effekiv məzənnəsi 2016-cı ilə nisbətən yüksəkdir. Halbuki 2015-ci ilin yekunlarına nisbətən 2016-cı ildə qeyri-neft nominal effekiv məzənnə 30% ucuzlaşmışdı”.
Qaynarinfo xəbər verir ki, bunu iqtisadçı ekspert Rövşən Ağayev manatın durumundan danışarkən deyib. Ekspert bildirib ki, son 2 ildə Azərbaycanda inflyasiya səviyyəsi ticarət partnyorlarının orta çəkili inflyasiya səviyyəsindən yüksək olduğu üçün manatın real effektiv məzənnəsi daha üstün sürətlə bahalaşır:
“Nəticədə dünya bazarında Azərbaycanın qeyri-neft məhsullarının rəqabət qabiliyyəti daha da zəifləyir.
Doğrudur, Azərbaycanın qeyri-neft məhsul çeşidi və ixrac potensialı onsuz da böyük deyil. Amma hazırkı məzənnə siyasəti səbəbindən asılı olmayaraq hökumətin “qeyri-neft ixrac potensialı bizim üçün 1 nömərli prioritetdir” bəyanatlarına tamamən ziddir. Manatın nominal effektiv məzənnəsinin sürətlə və davamlı bahalandığı şəraitdə inflyasiyanın da əsas ticarət partnyorlarına nisbətən yüksək olması iqtisadi inkişafa, xüsusən ixraca ağır zərbədir. Üstəgəl, nəzərə almaq lazımdır ki, məsələ təkcə qeyri-neft ixracatının rəqabət potensialının zəif saxlanmasında da deyil. Bu cür məzənnə şərtləri idxalı daha ucuz və sərfəli edir…”
Ekspert təkcə bu il ərzində manatın nominal effektiv məzənnəsinin 7.3%, real effektiv məzənnəsinin 8.8% bahalandığını vurğulayıb:
“Real effektiv məzənnənin bahalanma tempi 2014-cü ildən sonra ən yüksək həddədir”.