Tribuna İnformasiya Agentliyi

Manaf Ağayev: “Artıq toylara dollarla gedirəm”

06 Dekabr

“Manat dəyərdən düşüb, alınan qəpik-quruşa nə etmək olar? Buna görə də qonorarı dollarla alıram”. 
“Manat dəyərdən düşüb, alınan qəpik-quruşa nə etmək olar? Buna görə də qonorarı dollarla alıram”.

TİA.AZ BAKU.WS-ə istinadən xəbər verir ki, bu sözləri Manaf Ağayev bahalaşma ilə bağlı şərh verərkən deyib. O, manatın dəyərdən düşdüyünə görə tor qonorarını dollarla aldığını deyib:

“Amma vəziyyət çox pisdir, toyların sayı azalıb. Heç olmasa əvvəllər toyda 5-3 manat xərcləyirdilər, şabaş olurdu, indi o da yığışdırılıb. Qiyməti qaldırmamışam, əksinə, endirim edirəm. Bir də görürsən toy yiyəsinin imkanı çatmır o məbləği verməyə, amma ürəyi istəyir toyunda məni oxutsun. Gedib, istədiyi məbləğə oxuyuram. Mən əvvəldən qiymət oxumurdum, indi heç demirəm”.