backend

Maliyyə bazarları ilə bağlı yeni qanun

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda maliyyə bazarının inkişafı ilə bağlı yeni qanun layihələri hazırlanıb. 

Azərbaycanda maliyyə bazarının inkişafı ilə bağlı yeni qanun layihələri hazırlanıb.


AzVision.az xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı Kapital Bazarlarının 


Müasirləşdirilməsi layihəsinin başa çatması münasibətilə təşkil edilmiş tədbirdə bildirib.

Onun sözlərinə görə, layihələrdən biri problemli bankların idarə edilməsi, vaxtı keçmiş kreditlərin restruktizasiyası ilə bağlıdır və bu qanun layihəsi ilə bağlı müzakirələr yaxın vaxtlarda başlayacaq.

Bundan başqa, R.Aslanlı qeyd edib ki, palata həmçinin kredit təminatı mexanizmlərini özündə əks etdirən qanun layihəsi üzərində işə başlamağa hazırlaşır: “Bu gün biz kapital bazarlarında çox effektiv yol çəkmişik. 

Bu yolda Formula-1 avtomobilini də sürmək olar. Hazırda əsas məsələ bu avtomobilləri sürəcək pilotların hazırlanmasıdır. Kapital bazarları ilə bağlı təşəbbüslər çoxdur. Biz bu təşəbbüslər arasında, ilk növbədə kapital bazarları üçün kadrların hazırlanması məsələsi üzərində dayanacağıq. Bu məsələ bizim üçün kritik əhəmiyyət daşıyır. Ən böyük çətinliyimiz kadr çatışmazlığıdır”.