Tribuna İnformasiya Agentliyi

Maliyyə Bazarlarına Nəzarət Palatasında sistem çökdü

28 İyun
Maliyyə Bazarlarına Nəzarət Palatasında elektron xidmətlər sistemində problem yaranıb.
 
TİA.AZ xəbər verir ki, bu barədə RealTV.az-a banklardan məlumat verilib.
İlkin məlumata görə, səbəb Maliyyə Bazarlarına Nəzarət Palatasının yerləşdiyi binada – Bülbül prospekti 27 ünvanında elektrik enerjisinin verilməsində yaranmış problemdir. Belə ki, səhər saatlarında binaya elektrik enerjisinin verilməsi dayanıb, generatorlar isə işləməyib. Nəticədə elektron xidmətlər üçün nəzərdə tutulmuş serverlər işini dayandırıb.