Malidə hakimiyyəti ələ keçirən hərbçilər çevrilişin səbəbini izah etdibackend

Malidə hakimiyyəti ələ keçirən hərbçilər çevrilişin səbəbini izah etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“The Guardian” qəzetinin yazdığına görə, Malidə üsyan qaldıran, prezident başda olmaqla, baş nazir və bəzi nazirləri ələ keçirən hərbçilər hakimiyyəti saxlamaqda maraqlı deyillər.
Qaynarinfo xəbər verir ki, bu gün hakimiyyəti ələ keçirən hərbiçilər vətəndaşlara televiziya ilə müraciət edərək, məqsədlərinin hakimiyyətdə qalmaq olmadığını, ölkənin sağlamlığını istədiklərini və böyüyən “xaos, anarxiya və gevənsizlik” səbəbiylə vəziyyətə müdaxilə etdiklərini bildiriblər.
Hərbçilər ölkəyə gündəlik həyatı daha yaxşı idarə edə biləcək güclü institutlar verəcəklərini vəd edib.
Bundan əlavə, onlar siyasi dəyişikliyə və ədalətli seçkilər keçiriləcəyinə söz veiblər.