Maksimum bal toplayan şagird: “Bir-iki sualda tərəddüdlü idim”backend

Maksimum bal toplayan şagird: “Bir-iki sualda tərəddüdlü idim”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Tam (11 illik) orta təhsil səviyyəsi üzrə aprelin 29-30-da keçirilən buraxılış imtahanında bir nəfər maksimal olan 300 balı toplayıb. Həmin şəxs Şəmkir rayonu, Düyərli kənd 2 saylı orta məktəbin şagirdi Ayxan Kazımovdur.
A.Kazımov açıqlamasında bildirib ki, yüksək nəticə toplayacağını gözləyirdi:
“Amma bir-iki sualda tərəddüdlü idim. Cavablar çıxanda gördüm ki, hamısı düzdür. Sınaq imtahanlarında da yüksək bal toplayırdım, amma maksimum nəticə olmamışdı”.
A.Kazımov I ixtisas qrupu üzrə hazırlaşdığını qeyd edib:
“Sənədlərimi Bakı Ali Neft Məktəbinin İnformasiya Təhlükəsizliyi ixtisasına vermək istəyirəm”.