Makronun timsalında Fransa obyektiv və ədalətli vasitəçi reputasiyasını itirdibackend

Makronun timsalında Fransa obyektiv və ədalətli vasitəçi reputasiyasını itirdi

Bildiyiniz kimi müharibə şəraitin də yaşayırıq. Azərbaycan əzəli torpağları uğrun də ermənistanla Vətən müharibəsi aparır və hərbi üsdünlük bizdədir. Bu mübarizə də bizə bir çox ölkələr dəstək oldu. Ən əsası da qardaş Türkiyə başda olmaq ilə hər zaman bizlə olduğunu bəyan etdi.

Bu məsələ də, Fransa öz tərəfsizliyini qoruya bilmədi. Sentyabrın 30-da Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Fransanın Prezidenti Emmanuel Makronun baş vermiş hadisələrlə bağlı verdiyi bəyanat münaqişənin həll edilməsi üçün yaradılan Minsk Qrupu həmsədri kimi ölkənin vasitəçilik missiyası ilə uyğun gəlmir, birtərəfli və qərəzlidir.

İşğalçı dövlət Ermənistana beynəlxalq təziq edilməli və fərqli münasibət göstərilməlidir. Prezident Makronun bəyanatı bölgə və beynəlxalq təhlükəsizliyin qorunmasına xidmət etmir.Vasitəçi hər zaman tərəfsiz və ədalətli olmalıdır. Fransanın çıxışın da isə ədalətdən danışmaq belə olmaz. O Ermənistana və Ermənilərə xitabən ” Ermənistana və Ermənilərə deyirəm, Fransa da öz rolunu oynuyacaq.” Deyə bəyanat verməsi düzgün deyil və əsla qəbul oluna bilməz. Bu sözlərlə Makron, Ermənilərə tərəf çıxmış və onları yeni ərazilər işğla etməyə həvəsləndirir. Bu çıxışdan sonra Makronun timsalın da Fransa obyektiv və ədalətli vasitəçi reputasiyasını itirdi.

Azərbaycan öz ərazi bütövlüyü uğrun da düşmənə qarşı müdafi olunur. Bu bizim haqq işimizdir. Qarabağ mübahisəli torpaq deyil, Azərbaycanın əbədi,əzəli və beynəlxalq hüquq tərəfindən tanınmış, tarixi torpağıdır. Bunu analıyb, dərk etməyəm vasitəçilərin missiyalarına ehdiyyac yoxdur.

Azərbaycanın haqlı haqlı mübarizəsinə qərəzli qərəzli mövqe nümayiş etdirən Qərb dövlətlərinin, inistutlarının, həmçinin media qurumlarının fəaliyyətini, onların peşəkarlığına və obyektlivyinə şübhə doğurur. Fransa , ABŞ, Rusiya və bir sıra beynəlxalq qurumlar Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı danışıqalrın bərpasına dair çağrışlar edirdilər. Azərbaycan Prezidenti İlham Əliyev son iki ildə diqqətə çatdırır ki, Ermənistan Prezidenti Nikol Paşinyan bu danışıqlardan imtina edir və Ermənistanın müharibəyə hazırlaşdığını dəfələrlə beynəlxalq ictimaiətin nəzərinə çatdırmışdır. Fransanın Ermənistana tərəf durmasına çox da təəccüblənməməliyik əlsin də. Oların yaxın tarixinə diqqət yetirdik də soyqırımlarla dolu tarixlərini görə bilərik. Əlcəzair xalqı Fransanın hakimiyyəti altın da 132 (1830-1962) ildə müstəqillik uğrun da mübarizə aparmış və nəticə də Fransızlar tərəfindən, 1,5 milyon əlcəzairliyə qarşı soyqırımı həyata keçirmişdirlər. Fransa bununla yanaşı Vyetnam, Cibuti, Çadda, Qabond və Tunisdə də Soyqırımlar törətmişdirlər.

Bu gün Kamerunun ingilisdilli və fransızdilli bölgələri arasındakı savaş Fransanın müstəmləkə dövrünün Afrika ölkələrinə qoyduğu acı mirasdır.

Makrona məsləhət görərik ki, Azərbacana Dağlıq Qarabağla bağlı məsləhətlər verib uca bəyənatlar səsləndirməkdənsə, Korsika xalqına millətlərin öz müqəddəratını müəyyən etmək prinsipi bəxş etməklə “əsl demokratiya” nümunəsini göstərsin. Qarabağ Azərbaycandır!! Zəfər bizim olacaq.

Rübabə Kazımlı

Nəsimi rayon gənci,

Bakı Slavyan Universiteti

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki