Makronun başı dərddə: Bir gecədə 861 avtomobil yandırıldıbackend

Makronun başı dərddə: Bir gecədə 861 avtomobil yandırıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransada yanvarın 1-də gecə naməlum şəxslər 861 avtomobil yandırıblar.

TİA.AZ xəbər verir ki, məlumatı “Europe 1” radiostansiyası yayıb.

Fransanın daxili işlər naziri Jerald Darmanen yerli hakimiyyət başçılarına yeni il gecəsi yandırılan maşınların sayının açıqlanmaması ilə bağlı məktub göndərib. Nazir bununla avtomobilləri yandıranların öz aralarında “maşın yandırmaq yarışının” qarşısını almağa çalılışıb.

Bir il əvvəl yeni ilin ilk günü 1 457 yandırılan avtomobil qeydə alınıb.