Makron: “Fransanın Rusiya qazına ehtiyacı yoxdur”backend

Makron: “Fransanın Rusiya qazına ehtiyacı yoxdur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Fransa Prezidenti Emmanuel Makron Rusiya Federasiyası üçün tam neft və qaz embarqosunu dəstəkləyir.
Bu barədə dövlət başçısı “France 5” telekanalına müsahibəsində deyib.
Makron əlavə edib ki, avropalılar Moskvanın müharibəni davam etdirmək qabiliyyətini zəiflətmək üçün Rusiyadan neft və qaz almağı dayandırmalıdırlar.
Fransa Prezidenti həmçinin vurğulayıb ki, ölkəsinin Rusiya qazına ehtiyacı yoxdur, lakin Avropa ondan asılıdır. Onun sözlərinə görə, Paris digər ölkələrdən qaz almaq məsələsi üzərində çalışır.
Xatırladaq ki, bundan əvvəl Fransa lideri Aİ-yə Rusiyadan neft və kömür tədarükünə embarqo qoyulmasına çağırıb.