Tribuna İnformasiya Agentliyi

Makqreqorla Nurməhəmmədovun qonorarı açıqlandı

06 Oktyabr

Qarışıq döyüş növləri üzrə irlandiyalı döyüşçü Konor Makqreqor və rusiyalı idmançı Həbib Nurməhəmmədovun alacaqları qonorarların məbləği açıqlanıb.

Oxu.Az xəbər verir ki, Makqreqor üç milyon dollar qonorar alacaq.

Nurməhəmmədovun qonorarı isə 2 milyon dollar olacaq.

Qonorarların məbləğinə ödənişli teleyayımdan gələn faiz daxil deyil.

Rusiyalı idmançının agenti Əli Abdel-Əziz avqustda bəyan etmişdi ki, Nurməhəmmədov Makqrerorla döyüşə görə 10 milyon dollardan çox pul alacaq.

Qeyd edək ki, Makqreqorla Nurməhəmmədovun döyüşü oktyabrın 7-də Las Veqasda keçiriləcək.