Tribuna İnformasiya Agentliyi

Makqreqor Nurməhəmmədovu döyüşə çağırdı – Revanş arzusu

08 Oktyabr

İrlandiyalı döyüşçü Konor Makqreqor Tvitter hesabında rusiyalı MMA döyüşçüsü Həbib Nurməhəmmədova ünvanlanmış tvit yazıb.

Qol.az-ın məlumatına görə, Nurməhəmmədovla döyüşündən qısa bir hissə paylaşan Makqreqor videoya “Gəl Moskvada rəqs edək” şərhini yazıb.

Qeyd edək ki, döyüşçülərin ən son görüşü 1 il əvvəl olub. Həmin görüşdə Nurməhəmmədov Makqreqora qalib gəlib.