Makqreqor həbs olundubackend

Makqreqor həbs olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

UFC-nin superulduzu Konor Makqreqor İrlandiyanın Dublin şəhərində həbs edilib.

Fanat.Az xəbər verir ki, onun dəmir barmaqlıqlar arasına düşməsinə səbəb avtoxuliqanlıq olub.

Həmin vaxt onun təxminən 200 min avro dəyərində olan “Bentley Continental” avtomobili də müsadirə olunub.

Makqreqorun sözçüsü Karen Kessler xəbəri təsdiq edib: “Cənab Makqreqor idman zalına maşınla gedirdi və polis onu yol hərəkəti qaydalarını pozduğuna görə saxladı. O, narkotik və alkoqol testlərindən keçdi, sonra müvəqqəti təcridxanaya aparıldı. Məhkəməni gözləyirik”.

Bu, Makqreqorun ilk belə avtoxuliqanlığı deyil. Avtomobili təhlükəli idarə etdiyinə görə üzləşdiyi cərimələrin məbləği 5000 avroya çatır. Bundan başqa, o, əvvəllər altı ay həbs cəzasına məhkum edilib.