Tribuna İnformasiya Agentliyi

Makedoniyanın adı rəsmən dəyşdi

12 Yanvar

Makedoniya parlamenti dövlətin adının Şimali Makedoniya olması barədə konstitusiyaya dəyişiklik edilməsinə səs verib.

Makedoniya Avropa Birliyi (AB) və NATO-ya üzv olmaq istəsə də, Yunanıstan onun bu qurumlara inteqrasiyasına qarşı çıxırdı və bu səbəbədən də iki ölkə arasında gərginlik yaşanırdı.

İki ölkə arasında aparılan danışıqlar nəticəsində Makedoniyanın AB və NATO-ya inteqrasiya olunması üçün adının dəyişdirilməsi barədə razılığa gəlinib.

Bu danışıqların nəticəsi olaraq Makedoniyanın adının Şimali Makedoniya olmasına razılıq verilib.

Yanvarın 11-də parlamentin keçirilən iclasında Makedoniya parlamenti ölkənin adının dəyişməsinə səs verib. Deputatların 81-i lehinə, 29 müxalifət deputataı isə qərarın əleyhinə səs verib.