Tribuna İnformasiya Agentliyi

Makedoniyada ölkənin adının dəyişdirilməsi üzrə referendum boykot edilir

07 Avqust

Makedoniyada 30-a qədər partiya və hərəkat ölkənin adının dəyişdirilməsi üzrə referendumu boykot kampaniyasına başlayıb.

“Report” “Qazeta.ru”ya istinadən xəbər verir ki, boykot kampaniyasına Makedoniyanın müxalif siyasətçisi Yanko Baçev rəhbərlik edir.

Kampaniyanın təşkilatları vətəndaşları sentyabrın 30-da keçiriləcək referenduma getməməyə inandırmaq üçün qapı-qapı gəzəcəklərini bildiriblər.

“Bizi dünya xalqlarının xəritəsindən silməmələri üçün toplaşmışıq. Buna imkan verməyəcəyik. Boykotla ölkənin adının dəyişdirilməsinə imkan verməyəcəyik”, – Y.Baçev bildirib.