Tribuna İnformasiya Agentliyi

Mahmud Əhmədinejadın fikirləri İranı qarışdırdı

28 Mart

İran İslam Respublikasının 6-cı prezidenti Mahmud Əhmədinejadın martın 22-də Əhvaz şəhərindəki məsciddə xalqa müraciəti zamanı işlətdiyi tənqidi fikirlər ölkədə ciddi qalmaqal yaradıb. 

İran İslam Respublikasının 6-cı prezidenti Mahmud Əhmədinejadın martın 22-də Əhvaz şəhərindəki məsciddə xalqa müraciəti zamanı işlətdiyi tənqidi fikirlər ölkədə ciddi qalmaqal yaradıb.

TİA.AZ xarici mediaya istinadən xəbər verir ki, İran rəhbərliyi Mahmud Əhmədinejadın sözügedən fikirlərinin əslində Əli Xameneinin və prezident Həsən Ruhaninin ünvanına səsləndirdiyini düşünür.

İran mediası yazır ki, Mahmud Əhmədinejadın xalqa görüşü zamanı “sən kimsən ki, millətin iradəsinə qarşı çıxırsan?”, “guya 80 milyon insan anlamır, təkcə sən anlayırsan?”, “Gəlin əl-ələ verib, bu ölkədəki şeytanı bərabər dəfn edək” kimi müraciətləri Əli Xameneiyə və Həsən Ruhaniyə qarşı ünvanlanıb.

İran prezidentinin siyasi məsələlər üzrə müşaviri Hamit Ebutalibi isə Mahmud Əhmədinejadın fikirlərinə münasibət bildirib.

Onun sözlərinə görə, Mahmud Əhmədinejadın sözügedən fikirləri İranın milli təhlükəsizliyinə və inkişafına xələl verə bilər.

Baş verən qalmaqaldan sonra Mahmud Əhmədinejada yaxın olan media qurumları tənqidin hədəfinin Əli Xamenei deyil, Həsən Ruhani olduğunu qeyd ediblər.