Mahir Emrelinin evinin qarət edilməsi faktı ilə bağlı cinayət işi başlanıbbackend

Mahir Emrelinin evinin qarət edilməsi faktı ilə bağlı cinayət işi başlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Futbol üzrə Azərbaycan yığmasının və “Qarabağ”ın hücumçusu Mahir Emrelinin evinin qarət edilməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Binəqədi rayon Polis İdarəsindən  verilən məlumata görə, futbolçunun Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsi, döngə 20 ünvanında yerləşən evindən 20 min dollar, 17 min manat, 5 min manatlıq qızıl-zinət əşyaları və 3 ədəd “İphone” markalı telefonun oğurlanması faktı ilə bağlı Cinayət Məcəlləsinin 177.2.3-cü (oğurluq – yaşayış yerinə qanunsuz daxil olmaqla törədildikdə) və 177.2.4-cü (oğurluq – xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.