Tribuna İnformasiya Agentliyi

Mahir Emrelinin evini qarət edən şəxslər danışdı (VİDEO)

22 Sentyabr
Azərbaycan millisinin və ”Qarabağ”ın hücumçusu Mahir Emrelinin evini qarət edən şəxslər saxlanılıb.
TİA.AZ  “Xəzər TV”yə istinadən xəbər verir ki, aralarında qadın da olan həmin şəxslər evə necə girmələri barədə danışıblar.
Qeyd edək ki, futbolçu sentyabrın 10-da Binəqədi rayon Polis İdarəsinə məlumat vermişdi ki, naməlum şəxslər onun evindən 17 min manat, 20 min dollar, 3 ədəd mobil telefon və 5 min manat qızıl əşyaları oğurlayıblar.
Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi və Binəqədi rayon Polis İdarəsinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Qazax sakinləri, əvəllər məhkum edilmiş Nicat Vəliyev, Anar Mahmudov və bu qrupun üzvü Mənzurə Məmmədova saxlanılıblar. Həmin şəxslər ifadələrində qeyd edilən cinayəti törətməklə bərabər paytaxtın digər ərazilərində də fərdi evlərdən oğurluq etdiklərini bildiriblər.
Faktla bağlı onlar barəsində rayon cinayət işi başlanılıb.