Mahir Emreli qol vurub penalti qaçırdı, “Legiya” uduzdubackend

Mahir Emreli qol vurub penalti qaçırdı, “Legiya” uduzdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Futbol üzrə Polşa Super Kubokunun sahibi müəyyənləşib.

TİA.AZ-ın məlumatına görə, mövsümün ilk titulu uğrunda görüşdə çempion “Legiya” ilə kubokun qalibi “Rakuv” komandaları üz-üzə gəlib. Görüşün əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Azərbaycan millisinin futbolçusu Mahir Emreli “Legiya”nın ehtiyat oyunçular skamyasında yer alıb. O, 58-ci dəqiqədə meydana daxil olub.

10-cu dəqiqədə “Rakuv” Fran Tudorun qolu ilə önə keçib. “Legiya”nın bərabərlik qolunu isə 90+3-cü dəqiqədə Emreli vurub. Bu qol sayəsində oyun əlavə vaxta və penaltilər seriyasınadək uzanıb.

Lakin 11 metrlik zərbələr zamanı “Rakuv” daha dəqiq olub – 4:3. “Legiya”nın penaltilərindən birini Emreli qaçırıb.

Beləliklə, azərbaycanlı hücumçunun yeni komandasında mövsümə titulla başlamaq istəyi gerçəkləşməyib.