Mahir Emreli Polşada daha bir qol vurdu (VİDEO)backend

Mahir Emreli Polşada daha bir qol vurdu (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Millimizin futbolçusu Mahir Emrelinin şərəfini qoruduğu “Legiya” Polşa kubokunda 1/32 final mərhələsinin oyununa çıxıb.
 
TİA.AZ xəbər  verir ki, Varşava təmsilçisi səfərdə  aşağı liqa klubu “Suvalki” ilə qarşılaşıb. 3:1 hesabı ilə qalib gələn “Legiya” növbəti mərhələyə yüksəlib.
Mahir də bu görüşdə iştirak edib. O, 56-cı dəqiqədə meydana daxil olub. Millimizin üzvü 80-ci dəqiqədə komandasının sonuncu qolunu vurub. Bu, Emrelinin Polşa kubokunda ilk qoludur.
22 sentyabr
“Suvalki” – “Legiya” – 1:3
Qollar: Miçalski, 40 (1:0), Kostors, 42 (1:1), Kastrati, 65 (1:2), Emreli, 80 (1:3)