Mahir Emreli: “Kağız üzərində favorit Portuqaliya yığmasıdır”backend

Mahir Emreli: “Kağız üzərində favorit Portuqaliya yığmasıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Rəqibi tanıyırıq, Avropa çempionu olub. Kağız üzərində oyunun favoriti Portuqaliya yığmasıdır”.
Bunları Azərbaycan millisinin futbolçusu Mahir Emreli DÇ-2022-nin seçmə mərhələsinin Portuqaliya ilə oyunu öncəsi mətbuat konfransında deyib.
24 yaşlı hücumçu bildirib ki, rəqib futbolçuları haqqında əlavə sözə ehtiyac yoxdur: “Baş məşqçinin tapşırıqlarını yerinə yetirməyə çalışacağıq. Bütün bacarığımızı ortaya qoyacağıq”.