Tribuna İnformasiya Agentliyi

“Mahaçqala şəhərində keçiriləcək konsertimə hazırlaşıram”

09 Avqust
Əməkdar artist Ədalət Şükürov bir müddətdir ki, gözdən uzaqdır.
Sənətçi bununla bağlı Moderator.az-a danışıb.
Ədalət Şükürovla qısa müsahibəni təqdim edirik:
-Ədalət müəllim, yay aylarında dincəlirsiniz, yoxsa yeni mahnılar üzərində işləyirsiniz?
-Yay aylarında hələ ki, dincəlirəm.
-Sirr deyilsə, Azərbaycanda dincəlirsiniz, yoxsa xaricə üz tutursunuz?
-Azərbaycanda da dincəlirəm, xaricdə də. Dünən Xaçmaza getmişdik. Bir də elə olur ki, mən xaricə tədbirlərə gedəndə işdən sonra bir neçə gün də orda qalıb dincəlirəm. Bu yaxında Özbəkistanda çəkilişdə idik, bir neçə gün də qalıb dincəldik. Sonra Qazaxıstana getdik məclisdə iştirak etdik və beş gün də qalıb dincəldik. Üç gün öncə Pyatiqorsk şəhərinə getmişdik bir məclisə dəvətli idik, sonra  bir neçə gün də qalıb dincəldik. Sabah da Estoniyaya gedirəm və orda da bir tədbir olacaq bir neçə gün orda olacam.
-Ədalət müəllim, qarşıda yeni konsert xəbəri yoxdu ki?
-Konsertim olacaq. Avqustun 27-də Dağıstan Dövlət Filarmoniyasında Mahaçqala şəhərində konsertim olacaq. Konsert üçün hazırlaşıram. Axırıncı konsertim Dağıstanda mart ayında olmuşdu.