Tribuna İnformasiya Agentliyi

Mağazalarda endirimlər realdırmı? – Video

17 Avqust

Paytaxtda mağazaların vitrinlərində endirim kampaniyalarının keçirilməsi barədə reklamlara tez-tez rast gəlirik

Əsasən, mövsümün sonunda və bayram ərəfələrində tətbiq edilən həmin kampaniyalarda mağazadakı malların əvvəlki qiymətindən 10, 20, 30, hətta 70 faizə qədər ucuz satıldığı elan olunur. Şəhər əhalisinin həmin mağazalara axını da böyükdür.

Xəzər xəbər-in məlumatına görə, bəs bu endirimlər realdırmı? Mağazalar həqiqətənmi bu endirimləri edir?

Endirimlə satış həyata keçirən mağazalarda aparılan araşdırma zamanı malların endirimdən əvvəlki qiymətləri ilə endirimdən sonrakı qiymətləri arasında fərqin olduğunu müşahidə etdik.

Malların üzərində endirimdən əvvəlki və sonrakı qiymətlərin müqayisəli şəkildə göstərilməsi endirimin real olub olmamasını bilmək üçün alıcılara köməklik edir. Bundan əlavə, mağazada aparılan endirimin həqiqətən olmasını bilmək üçün əvvəllər girib maraqlandığınız malların qiymətini endirimdən sonra da müqayisə edə bilərsiniz.