Maduro narkobaronu nazir təyin etdibackend

Maduro narkobaronu nazir təyin etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Venesuela Prezidenti Nikolas Maduro Tariq əl Ayssamini neft sənayesi naziri təyin edib.

Axar.az xəbər verir ki, bu məlumatı “Doyçe Velle” yayıb.

Əl Ayssami bu vəzifədə general Manuel Kevedonu əvəz edib.

Maduro həmçinin PDVSA şirkətinə rəhbər vəzifəsinə Venesuelanın eks-prezidenti Uqo Çavesin qohumu Asdrubal Çavesi təyin edib.

Sayt ABŞ Milli Təhlükəsizlik Nazirliyinin məlumat bazasında Əl Ayssaminin xüsusi kateqoriyalı narkotacir olması və beynəlxalq narkotədarükün təşkilində əhəmiyyətli rol oynanmasına dair informasiyanın yer aldığını bildirib. Yeni nazirin ABŞ-ın ən çox axtarılan cinayətkarlar siyahısında olduğu, ona qarşı sanksiyalar tətbiq edildiyi vurğulanıb.