Tribuna İnformasiya Agentliyi

“Mado”dan müştəriyə hörmətsizlik- ŞİKAYƏT

03 Dekabr

“Mado” restoranlar şəbəkəsi haqda davamlı olaraq şikayətlər mediaya və sosial şəbəkələrə çıxır . Zaman-zaman bir  çox müştərilər Bakıdakı bu məşhur restoranda qarşılaşdıqları  xoşagəlməz hallara müxtəlif yollarla öz etirazını bildiir.

“Mado”ya qarşı  sivil etirazlardan birini  jurnalist İlkin Muradov edib.

Facebook sosial şəbəkəsindəki profilndə paylaşdığı statusda o “Mado” nun  “Gənclik Mall”da yerləşən  restoranından narazılıq edib.

Facebook istifadəçilərindən biri  isə İlkin Muradovun  statusunu şərh edərək bildirir ki,  ““Mado”nu gözdən salmaq üçün əlavə fakta ehtiyac yoxdu, özləri şərait yaradırlar.

Oxuyun, görün harada belə marketinq, xidmət və özünə hörmətsizlik var?”

TİA.AZ İlkin Muradovun   “Mado”  haqda yazığı statusu təqdim edir:

“Bu gün “Gənclik Mall”dakı Madoda oturmuşduq. İki müştəriyə qarşı çox böyük hörmətsizliyin şahidi olduq. Məsələ müştərinin kənardan yeyəcək, içəcək kimi nəsə gətirməsi idi. Amma baxır nə da? Əvvəlcə bir oğlan əlində kofe gəldi. Masada əyləşdi və sifariş verməyə hazırlaşırdı. Ofisiant yaxınlaşdı ki, kənardan içki gətirmək olmaz. Müştəri də izah elədi ki, bura yemək yeməyə gəlib, kofeni də ticarət mərkəzində gəzərkən alıb və içməsində də qəbahət yoxdur. Amma müdriyyətin dəxlisiz inadı müştərini getməyə məcbur elədi. Halbuki adam qonağı ilə nahar edəcəkdi. Sonra iki xanımla bir uşaq gəldi və bizim yan masada əyləşdi. Xanımlar yemək sifariş verdi. Bu zaman xanım çantadan uşaq üçün bir şirniyyat çıxardı. Yenə ofisiant qaçaraq gəldi ki, müdiriyyət icazə vermir. Axı bu qədər kobudluq, hörmətsizlik olmaz. Hər iki epizodda ən azı 30-40 manatlıq sifariş verirdilər. Kimsə qazanda küftə, bozbaş gətirmir və ya özü ilə tort gətirib sizdən sadəcə çay almır ki. Həqiqətən də hər iki mənzərə biabırçılıq idi. Onsuz da qiymətləri od tutub yanan Madoya getməmək qərarı aldıq )”

TİA.AZ