Maaşların artımı ilə bağlı yeni açıqlama (VİDEO)backend

Maaşların artımı ilə bağlı yeni açıqlama (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Dünən Prezident İlham Əliyevin maaşların artırılması ilə bağlı imzaladığı sərəncamlarla dövlət siyasətinin mərkəzində vətəndaşların sosial rifahının dayandığı bir daha təsdiq edildi’.
Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
Millət vəkili qeyd edib ki, dövlət başçısının illərdir bu sahədə həyata keçirdiyi islahatlar uğurla davam edir. Musa Quliyevin sözlərinə görə, 2022-ci ildən islahatların növbəti zərfinin həyata keçirilməsinin şahidi olacağıq.
Millət vəkili Vüqar Bayramov bildirib ki, gələn ilin dövlət büdcəsində sosial istiqamətlərə kifayət qədər vəsait ayrılıb. Qeyd edib ki, bu istiqamətdə ayrlan vəsaitlərin həcmi ümumi büdcə xərclərinin 46.4 faizini təşkil edəcək.
Millət vəkili maaşların artımı fonunda inflyasiyanın tənzimlənməsinin vacib olduğuna diqqət çəkib.
”Növbəti il hökümət tərəfindən qiymət artımlarının qarşısının alınması ilə bağlı tədbirlərin güclənəcəyi gözlənilir”,-deyə Vüqar Bayramov vurğulayib.
Qaynarinfo Xezerxeber.az-a istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: