Maaşdan-maaşa yaşamaq xofu… – Ekspert çıxış yolunu göstərdibackend

Maaşdan-maaşa yaşamaq xofu… – Ekspert çıxış yolunu göstərdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Maliyyəçi Pavel Qujikov insanlara yeni maaşı alana kimi borc götürməkdən necə xilas olmağı izah edib.
Qaynarinfo xəbər verir ki, onun fikrincə, maliyyəmizi necə idarə edəcəyinizi öyrənməyimiz vacibdir. Birinci qayda “təhlükəsilik yastığı” yaratmaqdır. Bunun üçün hər ay gəlirlərimizin yüzdə 10-unu ayırıb yığmalıyıq.
Üç və ya daha məsləhətlisi, altı aylıq əmək haqqının on faizi toplandıqdan sonra maddi təminatla bağlı narahatlıqlar azalacaq. Bu vəziyyətdə hansısa qəfil xəstəlik və ya qırılan ev alətləri insanı narahat edə bilməz.
Mütəxəssis daha sonra xərcləri sakitcə planlaşdırmağı məsləhət görür. Mənzil-kommunal xidmətləri üçün ödənişlər, borcların ödənilməsi və uşaqların təhsilinə xərclənən vəsait avans və ya əmək haqqı vaxtı ilə tənzimlənməlidir. O zaman onlar üçün həmişə kifayət qədər pul olacaq. Gec ödənişlərdən və faizlərdən qaçmaq da olar.
Qujikov xüsusi xərclərə nəzarət tətbiqetmələrindən istifadə etməyi də tövsiyə edib. Əmək haqqını alacağınız günə qədər kifayət qədər pul ehtiyatı olduğunu başa düşdüyünüz zaman o tətbiqetmələrin köməyi ilə gündəlik xərclərə limit qoymaq da rahat olur. Beləliklə, gələn maaşınıza qədər borc götürməmək üçün bu gün xərcləyə biləcəyiniz məbləği aydın şəkildə görəcəksiniz.