Maaş və pensiyalar artırıla bilərbackend

Maaş və pensiyalar artırıla bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Qlobal iqtisadiyyat İkinci Dünya müharibəsindən sonra hələ belə vəziyyətə düşməyib. Ekspertlər bu fikirdədirlər. İqtisadçılar düşünür ki, inflyasiya idarəolunmaz həddə çatıb, enerjidaşıyıcıların və ərzağın qiymətləri qalxmaqda davam edir.
 
Şirkətlərin borcları artır, əhali maliyyə sarıdan yüklənir, mal və məhsulların mənzil başına çatdırılması getdikcə çətinləşir. İstehsal və ticarət əlaqələri qırıla-qırıla gedir. İnkişaf səviyyəsindən asılı olmayaraq bütün ölkələrdə ciddi narahatlıq hökm sürür. İqtisadçıların əksəriyyəti buna səbəb kimi Rusiya-Ukrayna müharibəsini göstərir.
Bəs tək səbəb budurmu? Belə şəraitdə ölkəmiz ərzaq böhranından yan keçə biləcəkmi? İlin sonuna bizi nə gözləyir?
Məsələ ilə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov Bakupost.az -a açıqlama verib.
O, bu vəziyyətin təsirini azaltmaq üçün müəyyən tədbirlərin görülməli olduğunu bildirib:
“Rusiya-Ukrayna müharibəsi dünya iqtisadiyyatına ciddi təsir göstərir. Azərbaycan bu dövlətlərdən kifayət qədər mal idxal edir. Dünyada da çox ciddi ərzaq qıtlığı var. Ona görə də, bunların Azərbaycana da ciddi təsiri var. Təbii ki, məsələlər əhalinin müəyyən narahatlıqlarına səbəb olur. Bunların qarşısını almaq üçün tədbirlər görməliyik.
Yaxın vaxtlarda biz dövlət büdcəsinə yenidən baxacağıq. Çünki neftin qiyməti yüksəkdir. Əvvəl 50 dollar idi, indi isə 100 dollardan yuxarıdır. Ola bilər ki, dövlət büdcəsindən əlavə vəsait ayrılsın.
Eyni zamanda, Qarabağda gedən işlərə də vəsait ayrımalıdır. Orada dövlət başçısının rəhbərliyi altında çox ciddi, sürətli işlər gedir.
Sosial sahədə də müəyyən problemlər var. Biz onları da həll etməliyik. Prezident özü dedi ki, bəzi məhsullarda inflyasiya 18-19%-ə çatır. Ola bilər ki, müavinət, pensiya, əməkhaqqı məsələlərinə baxılması vacib olsun.
Azərbaycan digər dövlətlərdən fərqli olaraq ciddi problem yaşamır. Çünki kifayət qədər valyuta var. Yəni ciddi proses gözlənilmir. Amma bu müharibə uzun müddət davam edərsə, bizə də müəyyən təsirləri olacaq”.