Tribuna İnformasiya Agentliyi

Məzahir Pənahov: “Seçkini müşahidə etmək üçün 6 müraciət daxil olub”

17 Fevral

“Azərbaycanda aprelin 11-nə təyin edilmiş prezident seçkisində müşahidə aparmaq üçün Mərkəzi Seçki Komissiyasına (MSK) 6 müraciət daxil olub”.

TİA.AZ-ın məlumatına görə, bunu MSK sədri Məzahir Pənahovqurumun bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, bütün müraciətlərə müsbət cavab verilib: “Biz çalışırıq ki, bütün müşahidə aparmaq arzusunda olan insanlara şərat yaradaq. Çünki müşahidəçilərin çoxluğu seçkinin daha şəffaf keçməsi üçün əhəmiyyətlidir”.