Tribuna İnformasiya Agentliyi

Mətbuat Şurası seçki ilə bağlı apardığı monitorinqin nəticələrini açıqlayıb – FOTOLAR

12 Aprel

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Mətbuat Şurası aprelin 11-də ölkəmizdə keçirilmiş prezident seçkiləri ilə bağlı kütləvi informasiya vasitələrində (KİV) apardığı monitorinqin nəticələrini açıqlayıb. Təşkil olunan mətbuat konfransında KİV rəhbərləri, jurnalistlər iştirak ediblər.

Musavat.com xəbər verir ki, tədbirdə açılış nitqini söyləyən Mətbuat Şurasının sədri Əflatun Amaşov öncə prezidentliyə namizədlər haqqında məlumat verib. Daha sonra isə o, bildirib ki, əsas məqsədləri KİV-lərdə gedən təbliğat xarakterli materialların təhlilini aparmaq olub:

“Monitorinq aparılmış təhlillər göstərir ki, KİV-lər bu kampaniyada iştirak etməkdə maraqlı olublar. KİV-lər bütün namizdlərə bərabər yanaşıblar. Heç bir mətbu orqan hansısa prezidentliyə namizədi aşağılamayıb. Namizədlərin tərəfsizliyi qorunub. Bu isə ötən illərə baxdıqda müsbət bir addımdır. Monitorinq zamanı bəzi KİV-lərdə gizli siyasi təşviqat aparılıb. Ümumilikdə prezident seçkiləri zamanı KIV-lərdə 1051 material yayımlanıb. Onların 11-i mənfi məlumatdır ki, bunlar da hesabatda qeyd olunub. Seçkiqabağı namizədlərlə bağlı cəmi 11 mənfi materialllar yayımlanıb. TV kanallarda heç bir namizədə qarşı mənfi material yayımlanmayıb”.

Əflatun Amaşov qeyd edib ki, 11 aprel prezident seçkilərində iştirak edən namizədlərdən 4-ü Milli Məclisin üzvüdür:
“6 televiziya kanalında namizədlər haqqında yayımlar verilib. Təbliğat materialları digər qəzet və elektron xəbər portallarında yayımlanıb. KIV-lərdə aparılan monitorinqlərdə yayımlanan məlumatlarda heç bir nöqsana rast gəlinməyib. Mediada heç bir namizədə etikan kənar münasibət qeydə alınmayıb. Heç bir namizədə qərəz göstərilməyib. Namizədlərin tərəfsizliyi qorunub. Bəzi KIV orqanlarda fərqli yanaşma qeydə alınıb. Ümumi götürsək, media orqanları prezident seçkilərində uğurlu işə imza atıblar.

Sosial şəbəkələrdə etik qaydaların pozulması qeydə alınıb. Məsələn, hansısa media orqanı yazdığı xəbəri sosial şəbəkədə paylaşıb və həmin məlumatın altında etik normalara cavab verməyəm şərhlər yazılıb. Bu monitorinqə qeydə alınmayıb. Çünki bu sosial şəbəkəyə aid məsələdir.

Birmənalı olaraq bəyan edirəm ki, televiziyalarda namizədlərə bitərəf münasibət göstərilib və heç bir neqativ hala rast gəlinməyib.

Mətbuay Şurası seçki günü MSK ilə birgə öz işini davam etdirib. Şura seçki məntəqələrində jurnalistlərin fəaliyyətinə yaradılan şəraitlə tanış olub. Mətbuat Şurasında seçki günü qaynar xətt yaradılıb. Nöqsanlarla bağlı yalnız 1 müraciət olunub və yaranan problem də həll olunub. Mətbuat Şurasının Idarə Heyətinin üzvləri həmçinin müəyyən ərazilərdə seçki dairələrində olublar”.