Tribuna İnformasiya Agentliyi

Məşhur “Starbucks” qəhvə zəncirinin rəhbəri öz postunu tərk edib

06 İyun

Hovard Şults növbəti seçkilərdə Donald Trampın rəqibi olmağa hazırlaşır

Azərbaycanda da şöbəsi olan, dünyanın ən böyük qəhvə şəbəkəsi sayılan “Starbucks”ın qurularından Hovard Şults şirkət rəhbərliyindən getdiyini açıqlayıb.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki,  cənab Şults bu barədə bəyan edərkən, növbəti fəaliyyət sahəsinin dövlət qulluğu olacağına işarə vurub.

Şultsun bu sözləri ABŞ mediasında, xüsusilə siyasi kulislərdə onun 2020-ci il seçkilərində Ağ Evin indiki rəhbəri Donald Trampın rəqibi olacağına dair şayiələri özü ilə bərabər gətirib.

Qeyd edək ki, Hovard Şults bundan daha öncə şirkətin baş direktoru vəzifəsindən də istefa etmiş, sadəcə direktorlar şurasının sədri postunu özündə saxlamışdı.

Medianın verdiyi xəbərlərə əsasən, Şultsu bu vəzifədə daha öncələr “J. C. Penney” riteyler (daşınmaz əmlak) şirkətinə başçılıq edən Mayron Ulman əvəz edəcək.

Hovard Şultsun bəyanında siyasətə gedəcəyi ilə bağlı sözlər diqqət cəlb edir:

“Hazırda özüm üçün dövlət qulluğundan tutmuş, xeyriyyəçiliyə qədər müxtəlif variantları, nəzərdən keçririrəm. Lakin bu vaxta qədər gələcəkdə nə edəcəyim barədə təsəvvürüm yoxdur”.

Bilindiyi kimi, Hovard Şults Demokrat partiyasının qatı tərəfdarlarından sayılır. 2016-cı il seçkilərində o, Hillari Klintona qızğın dəstək verib. Şults Donald Trampın yürütdüyü siyasətin ən amansız tənqidçilərindən hesab olunur.

Картинки по запросу howard schultz for president

Şultsun əlini rahatladan Demokrat parityasının bu vaxta qədər güclü namizədi önə çıxarmamasıdır. Partiyada Elizabet Uorren, Co Bayden kimi fiqurların adları hallansa da demokratlar bu məsələdə qəti fikrə gələ bilmirlər.

Daha öncələr siyasətə girmə ehtimalını qəti surətdə rədd edən Şults buna rəğmən CNN-ə verdiyi müsahibələrdən birində “prezidentlik yarışında “heç vaxt “heç vaxt” deməyin mümkün olmadığını” dilə gətirmişdi.

Bu həftənin birinci günü isə Hovard Şults “The New York Times” qəzetinə verdiyi müsahibədə belə bir cümlə işlədib:

“Son zamanlar mən ölkəmizdə baş verənlər barəsində narahat olmağa başlayıram. Bu həm ölkə daxilində insanlarımızın parçalanması, beynəlxalq arenada isə onun gəldiyi mövqe ilə bağlıdır. Mən həyatımızın növbəti fəslində bir şeyi aydınlaşdırmaq istəyirəm – bu situasiyanın düzəlməsi üçün nəyisə edə bilərəmmi…”.

Sonda onu qeyd edək ki, Hovard Şults da Donald Tramp kimi Nyu Yorkludur. O, 1953-cü ildə Bruklində, yəhudi ailəsində anadan olub. Onun atası, keçmiş hərbi qulluqçu Fred Şults yük maşınının sürücüsü işləyib.

Картинки по запросу howard schultz 1992

Hovard ailəsində ail təhsil alan (1975-ci ildə Şimali Miçiqan universitetinin məzunu) ilk adam olub.

1982-ci ildə əvvəllər yalnız dənəvər qəhvə satışı ilə məşğul olan “Starbucks” firmasında işə başlayan Şults daha sonra onun rəhbərliyinə kimi yüksəlməyi bacarıb. Məhz Şultsun başçılığı ilə “Starbucks” indi dünyanın ən böyük qəhvə içkilərini satan şəbəkəyə çevrilib.

Hazırda onun sərvəti 2, 9 milyard dollar civarında qiymətləndirilir (Forbes-ın siyahısında 222-ci yer).