Tribuna İnformasiya Agentliyi

Məşhur pranker Trampa zəng vurub, onu ələ saldı

30 İyun

Məşhur amerikalı pranker Con Melendez telefonla Ağ Ev rəhbəri Donald Trampı məsxərəyə qoyub.

Oxu.Az xəbər verir ki, Hovard Sternin radio-şousunun efirində o həmin səsyazısını təqdim edib.

“Prank” zəngi zamanı yumorist özünü Demokratlar partiyasından olan senator Robert Menendes kimi qələmə verib.

Operatorun onu telefon xəttində Trampla “calaması” üçün vacib bir qanun layihəsini prezidentlə müzakirə etmək istədiyini bildirib. Daha sonra ona Trampın müşaviri Cared Kuşner zəng vurub və yumoristi həmin vaxt prezident təyyarəsində olan Trampla birləşdiriblər.

Tramp xəttin qarşı tərəfindən olan şəxsin bir kələkbaz olduğunun fərqinə varmadan onunla fəal şəkildə miqrasiya ilə bağlı məsələləri müzakirə edib. Ardınca Tramp “senatorla” korrupsiya ilə bağlı istintaq barəsində danışıb. Ağ Ev rəhbəri onu qələbə münasibəti ilə təbrik edib.