Tribuna İnformasiya Agentliyi

Məşhur opera müğənnisi vəfat etdi

01 Oktyabr
Amerikalı opera müğənnisi Cessi Norman 75 yaşında vəfat edib.
TİA.AZ xəbər verir ki, bu barədə sənətçinin ailəsi “Variety”yə açıqlama verib. Müğənni septik şok və çoxsaylı orqan çatışmazlığından həyatını itirib. C.Norman 2015-ci ildə onurğa beynindən zədə almışdı.
Qeyd edək ki, Cessi Norman 1945-ci ildə musiqiçi ailəsində doğulub. O, ilk dəfə 1969-cu ildə Berlində səhnəyə çıxıb. Müğənni karyerası ərzində Qremmi Mükafatına layiq görülüb.