Tribuna İnformasiya Agentliyi

Məşhur kredit təşkilatı müflis elan edildi

11 İyul

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin mayın 25-də qəbul etdiyi qətnamə ilə “Vijn Fond Azərkredit” MMC bank olmayan kredit təşkilatı müflis elan edilib, “Gəncə Konsultant” MMC ASC onun əmlak inzibatçısı təyin olunub. Tia.az xəbər verir ki, bu barədə  “Vergilər” qəzetinin xüsusi buraxılışında məlumat verilib.

Məlumata görə, kreditorlar Borcluya qarşı tələblərini bildirişin dərc edildiyi tarixdən ən geci 60 gün keçənə qədər yazılı şəkildə Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov və Səməd Vurğun küçələrinin kəsişməsi, “World Business Center” iş mərkəzi, 3-cü mərtəbə ünvanına bildirə bilərlər. Kreditorların ilk yığıncağı da elə bu ünvanda, iyulun 26-sı, saat 14:30-da keçiriləcək.

Kreditorlar tələbin verilməsi qaydası, onun forması, habelə kreditorlar yığıncağının keçirilməsi qaydası və sair əlavə məlumatları Borclunun www.azercredit.az internet səhifəsindən əldə edə bilərlər.