Tribuna İnformasiya Agentliyi

Məşhur kinoteatrı söküb, ticarət mərkəzi tikirlər (FOTOLAR)

25 Aprel
Bakının Qara Qarayev prospektində yerləşən məşhur “Sevinc”  kinoteatrı sökülmək üçün hasara alınıb.
Ərazidə yaşayan sakinlər unikal.org-a bildirib ki, hasara alınan kinoteatr sökülərək yerində bir neçə mərtəbəli ticarət mərkəzi, zirzəməsində isə geniş parking tikiləcək.
Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən Mədəniyyət Nazirliyinin mətbuat xidmətinin rəhbəri İntiqam Hümbətov bildirib ki, adıçəkilən kinotetar Mədəniyyət Nazirliyinin balansında deyil. Həmin kinoteatr 2000-ci ilin əvvəllərində özəlləşdirilib.
Qeyd edək ki, 1970-ci illərdə istifadəyə verilən “Sevinc” (Təbriz) kinoteatrı uzun müddətdir fəaliyyət göstərmir.