Tribuna İnformasiya Agentliyi

Məşhur futbolçu kriptovalyuta buraxıb

13 Oktyabr

Braziliyanın futbol üzrə yığma komandasının keçmiş üzvü, eləcə də İspaniyanın “Barselona” klubunun sabiq futbolçusu Ronaldinyo kriptovalyuta buraxıb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, “RS Coin” adlı rəqəmsal pul NEO blokçeyn platforması ilə birgə buraxılıb.

Futbolçunun sözlərinə görə, onun kriptovalyutası, əsasən, futbol dünyası üçün nəzərdə tutulsa da, o, planetin istənilən bölgəsində hər kəs üçün əlçatan olacaq.