Tribuna İnformasiya Agentliyi

Məşhur festivalda ŞOK HADİSƏ – 6 min nəfər komaya girdi (VİDEO)

08 Oktyabr

Almaniyada 185-ci dəfə təşkil olunan dünyanın bir çox ölkəsindən turistlərin axın etdiYi “Octoberfest” adlı festivalda 6 min nəfər spirtli içkidən komaya düşüb.

Musavat.com xəbər verir ki, hazırda həmin şəxslərin hər biri nəzarət altına alınıb.

“Octoberfest” festivalı nədir?

Festival hər il sentyabr ayının son həfətsindən başlayaraq 15-16 gün davam edir. Hər ildə ən azı 5-6 milyon insan bu festivala qatılır.Böyük bir ərazini əhatə edən festivalda əyləncə çadırları və salonları qurulur. Buraya qatılan turistlər müxtəlif növ yeməklərdən dadır, içkilər içib əylənirlər.

Похожее изображение

Bu il baş tutan festivala 6 milyon 300 min nəfər adam qatılıb.16 günlük festivalda 7.7 milyon litr pivə içilib. ABŞ, İngiltərə,Avstriya,Fransa,İsveçrə,Hollandiya və İtaliya kimi böyük şəhərlərdən axın edən turistlər festivalın keçirildiyi ərazini tam şəkildə doldurub. Festival dünən, 7 oktyabrda başa çatıb.Lakin festival o qədər də ürəkaçan şəkildə başa çatmayıb.

 

Həddindən artıq spirtli içki qəbulu festivalda hadisələr törədib. 2 nəfərin başlatdığı dava ölümlə nəticələnib. Dava edən şəxslərdən biri ölüb, digəri isə ağır yaralıdır.

Ardından bir neçə davanın da baş verməsilə bəzi turistlər həbsxanaya , bəziləri isə xəstəxanaya yerləşdirilib. Festival təşkilatçıları həddindən artıq spirtli içki qəbul edən şəxslərin də komaya düşərək xəstəxanaya yerləşdirildiyini deyib.Komaya düşən şəxslərin 6 min nəfər olduğu açıqlanıb.

Картинки по запросу Oktoberfest

Alkoqol koması nədir?

Həddindən artıq spirtli içkinin qəbulu zamanı şüurun böyük ölçüdə itirilməsi alkoqol zəhərlənməsi və ya koması hesab edilir. Belə hallarda ilk öncə edilməsi gərəkən həmin şəxsi yalnız buraxmamaqdır. Daha sonra mədəsindəki qana keçməyən geridə qalan spirtli içkinin qaytarılmasına yardım etmək lazımdır.

 

Похожее изображение