Tribuna İnformasiya Agentliyi

Məşhur ANS-çiyə İTV-də vəzifə verildi

07 İyun

Tanınmış aparıcı Kəmalə Əlisgəndərqızı İTV-də yüksək posta təyin olunub.

TİA.AZ  BakuPost-a istinadən xəbər verir ki, o, “Carçı” xəbərlər departamentində baş redaktorun müavini təyin edilib. Bir neçə gündür, danışıqları gedən təyinat dünən baş tutub. K. Əlisgəndərqızı bu gün səhər saatlarında kollektivə təqdim edilib.

Məlumat üçün bildirək ki, K.Əlisgəndərqızı ANS-də “İç xəbər” verilişinin aparıcısı olub.