Tribuna İnformasiya Agentliyi

Məşhur aktrisa “Eşkiya dünyaya hökmdar olmaz”dan çıxarıldı

11 Avqust
Azərbaycanda da böyük maraqla izlənilən “Eşkiya dünyaya hökmdar olmaz” serialının prodüsseri Raci Şaşmazgözlənilməz qərar verib.
Qaynarinfo Türkiyə mediasına istinadən xəbər verir ki, prodüsser baş rol ifaçısı Dəniz Çakırı serialdan çıxarılıb. 3 mövsümdür yayımlanan serialda “Hızır Çakırbəyli” obrazının həyat yoldaşı “Məryəm Çakırbəyli”ni canlandıran aktrisanın kənarlaşdırılmasına səbəb şəxsi həyatı olub.
Tez-tez şəxsi həyatı ilə gündəmə gələn və içkili vəziyyətdə kameralara yaxalanan Dəniz bu günlərdə sevgilisi ilə bir davaya qarışmış və polis idarəsinə düşmüşdü. Raci Şaşmazın onun bu hərəkətlərindən narazı olduğu və serialdan çıxardığı deyilir. Bildirilir ki, sentyabrda yeni mövsümə başlayacaq serialın çəkilişlərində Dəniz yer almayıb. Onun hansı formada serialdan çıxarıldığı barədə məlumat yoxdur.