Tribuna İnformasiya Agentliyi

Məmməd İbrahimə hökm oxundu

10 Yanvar
Bu gün Suraxanı Rayon Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müşaviri Məmməd İbrahimə hökm oxunub.
TİA.AZ-ın qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, məhkəmənin hökmü ilə M.İbrahim 5 ay 20 gün müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, M.İbrahim 2014-cü ildə AXCP-dən ayrılmış Mikayıl Quliyevin şikayət ərizəsi əsasında başlanan cinayət işi üzrə 2015-ci il sentyabrın 30-da həbs olunub. O, xuliqanlıqda ittiham edilərək Nərimanov Rayon Məhkəməsinin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, onun cəzasının başa çatmasına az qalmış yatağının altından bıçaq tiyəsi tapılıb. Lakin M.İbrahim bu ittihamı qəbul etməyib.