Tribuna İnformasiya Agentliyi

Məktub 91 il sonra ünvana çatdırıldı

12 May
İtaliyada 91 il əvvəl göndərilmiş rəsmi məktub ünvana çatdırılıb.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, məktub 16 iyul 1927-ci ildə hakim tərəfindən Torinodan Solesino qəsəbəsinə göndərilmiş, adresə çatmamışdı.
Sənəd Solesino bələdiyyə sədri Roberto Beggiato tərəfindən arxivdə cavabsız qalan maliyyə prosesləri nəzərdən keçirilərkən aşkarlanıb. Məktub 24 yaşlı xəstənin müalicəsi üçün 870 italyan lirəsi ödənişin verilməsi barədə müraciətdir.
Rəsmi sənəd Torino mərkəzi poçtunda unudulub və 91 il sonra Solesino qəsəbəsinin bələdiyyəsinə çatdırılıb.