Tribuna İnformasiya Agentliyi

Məktəblərə mobil telefon aparmaq qadağan edildi

08 İyun
Fransa Mili Məclisi orta məktəblər və kollec şagirdlərinin mobil telefon istifadə etməsini qadağan edən qanun layihəsini qəbul edib. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, qanun sentyabrda başlayacaq növbəti dərs ilindən etibarən qüvvədə olacaq. Lakin, lisey şagirdlərinə şamil olunmayacaq.
Layihədə daha öncə müəllimlərə də eyni qadağanın qoyulması nəzərdə tutulsa da, son dəyişikliklərdən sonra həmin hissə çıxarılıb.
Qeyd edək ki, Fransa təhsil naziri Jan-Mişel Blanker bir neçə ay öncə verdiyi açıqlamada şagirdlərin dərsə diqqətini artırmaq üçün mobil telefon istifadəsinin qadağan edilə biləcəyini söyləmişdi.