Tribuna İnformasiya Agentliyi

Məktəbə yemək gətirmək qadağan edilir

10 Yanvar

Rusiyada şagirdlərə evdə hazırlanmış yeməkləri orta məktəbə gətirmək qadağan olunacaq.

Trend-in məlumatına görə, bu barədə ölkədə təklif olunmuş yeni qida təhlükəsizliyi qaydalarında deyilir.

Sənəddə həmçinin alüminium qablaşdırmanın qadağan olunması da nəzərdə tutulur.

Bundan başqa, məktəb yeməkxanalarında soyuducuda yeməklərin növbəti günədək saxlanılması da qadağan ediləcək.