Tribuna İnformasiya Agentliyi

Məhkəmə prezidentin danışıqlarını dinləməyə icazə vermədi

08 İyun

Braziliya Ali Federal Məhkəməsinin hakimi Edson Fakin polisə ölkə başçısı Mişel Temerin telefon danışıqlarını dinləməyə qadağa qoyub.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, polis həmçinin, prezident dəftərxanasının rəhbəri Eliseu Padilya və energetika naziri Moreyra Frankunun telefon danışqlarına da maraq göstərmişdi.

Hüquq-mühafizə orqanları korrupsiya faktını araşdırdıqlarını bildirir. Onların məlumatına görə, Eliseu Padilyaya ölkənin iri şirkətlərindən biti 10 milyon real (3 milyon dollar) pul köçürüb.