Tribuna İnformasiya Agentliyi

Məhbuslar Dünya Çempionatına görə aclıq aksiyası keçirdi

14 İyun

Argentinada məhbuslar 2018 Dünya Çempionatına baxmalarına icazə verilməsi üçün aclıq aksiyası keçirirlər.

Modern.az “Sovetskiy Sport”a istinadən xəbər verir ki, hadisə Argentinanın Puerto-Madrin şəhər həbsxanasında baş verib.

“Publimetro” nəşrinin məlumatına görə həbsxanada artıq 3 gündür ki, televiziya kabeli zədələnib. Müəssisənin əməkdaşları isə onu təmir etmək istəmirlər.

“Biz bu problemin həllinə qədər günorta və axşam yeməklərindən imtina etmək qərarı qəbul etmişik” – məhbuslar bəyan ediblər.

Şəhər məhkəməsi bu işə baxmaqdan imtina edib.

Qeyd edək ki, Argentina yığması D qrupunda İslandiya, Xorvatiya və Nigeriya ilə qarşılaşacaq.