Tribuna İnformasiya Agentliyi

Mədəniyyət Nazirliyinə yeni sözçü təyin olunub

28 İyun

Mədəniyyət Nazirliyinə yeni sözçü təyin olunub.

Nazirlikdən “Report”a verilən məlumata görə, mədəniyyət naziri Əbülfəs Qarayevin imzaladığı əmrlə İntiqam Hümbətov Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Qeyd edək ki, İ.Hümbətov bundan əvvəl nazirlikdə İctimaiyyətlə əlaqələr və mətbuatla iş sektorunun müdiri işləyib.