Tribuna İnformasiya Agentliyi

Lütfi Zadənin iş otağında bəzilərini ilk dəfə görəcəyimiz ŞƏXSİ ƏŞYALARI

29 İyun

Ötən il dünya elminin ən ağır itkilərindən biri də Azərbaycan əsilli alim Lütfi Zadənin vəfatı oldu. Azərbaycanda anadan olub, 12 yaşına qədər Bakıda yaşayan, bu şəhərdə orta məktəbə gedən dahi Zadə ömrünün sonuna qədər dogma Vətənini heç zaman unutmadı. Elə ölümündən əvvəl yazdığı vəsiyyətdə də bunu bird aha sübut etdi. Bütün dünyanın elmə baxışını özünün qeyri-səlis məntiq nəzəriyyəsi ilə dəyişən Zadə Azərbaycanda dəfn olunmasını istədi.

Zadə uzun sürən xəstəlikdən sonra ötən il sentrabrın 6-da dünyasını dəyişdi. Sentyabrın 29-da isə nəşi Bakıya gətirilərək burada dəfn olundu.

Beləcə, dünya elmi cameəsinin bütün diqqətini Azərbaycana yönəltdi və bu missiya bundan sonra da davam edəcək.

Moderator.az  mütəmadi olaraq Zadənin elmi fəaliyyəti və həyatı, onun Azərbaycana bağlılığı haqqında da yazılar yazıb. Bu yolda bizə yardımçı olan əsas şəxs – Zadə elmi irsinin varisi, böyük alim Rafiq Əliyev və başqa bir neçə alim –ziyalıya dərin təşəkkürümüzü bildiririk.

Bu materialda isə Zadənin sadədən də sadə olan iş otağında ona aid bir neçə şəxsi əşya, aksesuarları təqdim edirik. Qeyd edək ki, həmin əşyalar Zadənin sağlığında ona xüsusi simpatiyası olan, həmyerlimiz Sara xanım çəkib. Elə fotoları da bizə Sara xanımın özü təqdim edib: